Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılıb

Kateqoriya məlum deyil
T
Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılıb.
Sfera.az xəbər verir ki, şagirdlərin yerdəyişməsi www.sy.edu.az elektron sistemi üzərindən həyata keçirilib.
Qeyd edək ki, 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi fevralın 25-də aktivləşdirilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, 1-8 və 10-cu sinifləri əhatə edirdi.






