Xocavənddə partlayıcı qurğu aşkarlandı


Xocavənddə partlayıcı qurğu aşkarlandı

Xocavənd rayonunda improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən Agentliyin əməkdaşları tərəfindən Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində improvizə edilmiş, sürpriz partlayıcı qurğu aşkarlanıb.

 

Həyata keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə 1 ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partladıcısından istifadə etməklə tələ məftili vasitəsilə quraşdırılmış improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb. Həmçinin fikri yayındırmaq məqsədilə partlayıcı qurğunun ətrafına çoxlu sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məftili işə düşsün.

 

Aşkar edilən partlayıcı qurğu Agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb.

 

Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi ilə quraşdırılıb.

 

ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır.

 


OXŞAR XƏBƏRLƏR

May ayında neçə gün qeyri-iş günü olacaq?

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.   Sfera.az News24.az-a is...

Almaniya prezidentinin Azərbaycana səfəri başa çatdı

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 2-də başa çatıb.   Sfera.az xə...

Prezidentlər Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər

Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub.   Sfera.az ...

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini ötüb

Martın 28-də Myanmada baş vermiş güclü zəlzələ nəticəsində 3 mindən çox insan ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Sinhua” ag...

Qadını və uşağı maşınla vuran bloqer Hacı Hacıyev barədə qərar verildi

“BMW” markalı avtomobillə “drift” edərkən idarəetməni itirib bir qadın və bir uşağın xəsarət almasına səbəb olan dağıstanlı bloqer Hacı ...

NATO: Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır

NATO Qrenlandiyanın Danimarkanın tərkibində qalmalı olduğunu hesab edir və alyansın bütün Arktika ölkələrini Arktikada Rusiya və Çinə qarşı mübarizədə fəal əmək...