Ötən ay 4556 hektar ərazi minadan təmizlənib

Ötən ay 4556 hektar ərazi minadan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mart ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.


ANAMA-dan Sfera.az-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 331, tank əleyhinə 105 mina və 9755 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.


Ötən ay ərzində 4 556 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


OXŞAR XƏBƏRLƏR