ADY bayram günlərində 130 mindən çox sərnişin daşıyıb

ADY bayram günlərində 130 mindən çox sərnişin daşıyıb

Azərbaycan Dəmir Yolları (ADY) bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişinin daşınmasını təmin edib.

 

Qurumdan Sfera.az-a verilən məlumata görə, 20-31 mart tarixlərində ümumilikdə 132 124 nəfər dəmir yolu nəqliyyatından istifadə edib.Sərnişin axınının əsas hissəsi Abşeron dairəvi dəmir yolu xətti ilə qeydə alınıb. Bu marşrutla 106 006 nəfər rahat və təhlükəsiz şəkildə səfər edib.

 

Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231 nəfər, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 nəfər daşınıb. Sərnişinlərə rahat və təhlükəsiz səfər şəraitinin yaradılması üçün bayram günlərində dəmir yolu nəqliyyatının fasiləsiz fəaliyyəti təmin edilib.


OXŞAR XƏBƏRLƏR