Rayonlardan Bakıya nə qədər sərnişin daşınıb? - Son 5 günün statistikası

Rayonlardan Bakıya nə qədər sərnişin daşınıb? - Son 5 günün statistikası

Son 5 gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 sərnişin daşınıb.

 

Bu barədə Sfera.az-a AYNA-dan bildirilib.

 

Qeyd edilir ki, bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

 

Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.

 

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

 

Ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar martın 31-dək gücləndirilmiş iş rejimində çalışır.


OXŞAR XƏBƏRLƏR

Azyaşlıdan uşağı olan kişi ​ilə bağlı hökm dəyişir - Həbs tələb edildi

Ağcabədidə 14 yaşlı qızın ana olması və bu iş üzrə məhkəmə hökmü geniş müzakirələrə səbəb olub. Yetkinlik yaşına çatmayan şəxslə dəfələrlə cinsi əlaqədə olmaqda...

Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

Bu gündən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.   Sfera.az xəbər verir ki, 2007-ci ildə doğulan və 18 y...

Rusiya "sözə qulaq asmasa", neft ucuzlaşa bilər

Rusiya və Ukrayna arasında atəşkəsin əldə edilməməsi rəsmi Vaşinqtonun daha sərt tədbirlərə əl atmasına səbəb ola bilər. Ehtimal edilir ki, ABŞ sərt tədbirlərdə...

Toyların sayının azalması bu sahələrə mənfi təsir edir

Azərbaycanda son illərdə nikahların sayının azalması toy mərasimlərinin də sayına mənfi təsir göstərir. Bununla əlaqədar olaraq əvvəllər şadlıq evi kimi fəaliyy...

Bu iki ölkə arasında 2 milyard dollarlıq hərbi müqavilə imzalanacaq

Polşa ilə ABŞ arasında 2 milyard dollarlıq hərbi müqavilə imzalanacaq.   Sfera.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Ko...

Ordumuzun Aprel qələbəsi

2016-cı ilin Aprel döyüşləri erməni işğalçılarının atəkəsi pozması və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutması ilə ...