Prezidentdən ağdamlı gənclərə səmimi sual - VİDEO

Prezidentdən ağdamlı gənclərə səmimi sual - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

 

Sfera.az-ın məlumatına görə, daha sonra dövlət başçısı və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə səmimi söhbət ediblər.

 

Prezident İlham Əliyev: Cavanlar da gəlib. Həvəslə gəlmisiniz?

 

Sakinlər: Bəli, əlbəttə.

 

Prezident İlham Əliyev: Onlar heç görməyiblər buraları.

 

Sakin: Görməyiblər. Yəni, görməyənlər də belə gəlib görmək istəyirlər ki, işğaldan azad olunmuş torpaqlarımız nə cür bərpa olunur. Allah həmişə dövlətimizin bayrağını uca etsin.

 

Prezident İlham Əliyev: Sağ olun. Otuz il ərzində ədalətsizliklə üzləşmişdik. Bu ədaləti biz özümüz bərpa etdik və biz hər gün ədalət təntənəsini görürük.

 

Sakinlər: Allah Sizi qorusun.

 

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.

 

Sakin: İnşallah. Çox sağ olun, minnətdarıq. Allah Sizi var eləsin, Allah Sizi qorusun!

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakinlər: Sağ olun, çox sağ olun.

 

Həmin görüntüləri təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Tramp Ağ Evdəki 200 illik ağacı kəsdirəcək

Ağ Evin yaxınlığında 200 il əvvəl əkilmiş maqnoliya ağacı təhlükəli vəziyyətdə olduğu üçün kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə qərarı ABŞ...

O, "Real"ın yeni baş məşqçisi ola bilər

İngiltərənin "Liverpul" klubunun keçmiş çalışdırıcısı Yurgen Klopp İspaniya təmsilçisi "Real"ın yeni baş məşqçisi ola bilər.   Sf...

300-dən çox atom bombası partlayışına bərabər enerji buraxılıb

Myanmada cümə günü baş verən 7,7 bal gücündəki zəlzələ 300-dən çox atom bombası partlayışına bərabər enerji buraxıb.   Sfera.az xəbər verir ki, bu ba...

Müğənni kimi tanınan müəllim imtahandan kəsildi - FOTO

Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlum...

Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.   Sfera.az...

Axtarışda olan 106 nəfər saxlanıldı

Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   ...