Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirildi

26-28 mart 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub.
 

XİN-dən Sfera.az-a verilən xəbərə görə, 28 mart tarixində Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər.
 

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.
 

Müzakirələr çərçivəsində, 3 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında keçirilmiş görüş zamanı qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin tarixi əhəmiyyəti qeyd olunub.

 

Bu mühüm siyasi sənədin iki dövlət arasında strateji xarakterli əməkdaşlığın möhkəmləndirilməsi baxımından geniş üfüqlər açdığı vurğulanıb.
 

Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi və mövcud maneələr, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.

 

Görüşdə tərəflər, həmçinin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

 

Nazir müavini Elnur Məmmədov həmçinin 27 mart 2025-ci ildə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbərinin müavini Çen Cou ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluğun Azərbaycan və Çin arasında əlaqələrin hərtərəfli inkişafının təməli olduğu xüsusilə qeyd olunub.

 

Nazir müavini Elnur Məmmədov səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev ilə görüşüb və ölkəmiz ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
 

Eyni zamanda nazir müavini Elnur Məmmədov Çin və Qloballaşma Mərkəzində qurumun rəhbərliyi və müxtəlif beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. Azərbaycan Respublikası barədə hərtərəfli məlumat verib, regiondakı mövcud vəziyyət, həmçinin Azərbaycan-Çin əlaqələri barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.


OXŞAR XƏBƏRLƏR

O, "Real"ın yeni baş məşqçisi ola bilər

İngiltərənin "Liverpul" klubunun keçmiş çalışdırıcısı Yurgen Klopp İspaniya təmsilçisi "Real"ın yeni baş məşqçisi ola bilər.   Sf...

300-dən çox atom bombası partlayışına bərabər enerji buraxılıb

Myanmada cümə günü baş verən 7,7 bal gücündəki zəlzələ 300-dən çox atom bombası partlayışına bərabər enerji buraxıb.   Sfera.az xəbər verir ki, bu ba...

Müğənni kimi tanınan müəllim imtahandan kəsildi - FOTO

Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlum...

Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.   Sfera.az...

Axtarışda olan 106 nəfər saxlanıldı

Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   ...

Müdafiə Nazirliyi: "Kəşfiyyat xarakterli uçuşların qarşısı alınıb"

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mö...