“Melissa Group” başqa bir sakinin də evini eyni formada sökübmüş - VİDEO

Xəbər verdiyimiz kimi, dünən paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.
Söküntü zamanı daxilində yaşayış olan evin bir hissəsi ekskavator vasitəsilə dağıdılıb.
Sfera.az xəbər verir ki, tikinti şirkətinin qanunsuz əməli ilk deyil.
Belə ki, eyni hadisə keçən ilin oktyabr ayının 21 Yasamal rayonu, Birinci Alatava qəsəbəsində baş verib. Eyni ssenari üzrə hərəkət edən şirkət əməkdaşları yaşayış olan evləri sökməyə başlayıblar.
"Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib.
Vətəndaşlar arasında qorxu və çaşqınlıq yaradan hadisədən 5 ay keçdikdən sonra yenidən təkrarlanıb.
Qeyd edək ki, dünən baş verən söküntünün Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Rəhbərlə yanaşı iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
Araşdırma aparılır.
(Azxeber.com)