Ramazan bayramında namaz vaxtı açıqlanıb

Ramazan bayramında namaz vaxtı açıqlanıb

Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. 

 

Qeyd edilib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

 

QMİ-nin məlumatında bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, Miladi təqvimlə martın 30-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. 

 

Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

300-dən çox atom bombası partlayışına bərabər enerji buraxılıb

Myanmada cümə günü baş verən 7,7 bal gücündəki zəlzələ 300-dən çox atom bombası partlayışına bərabər enerji buraxıb.   Sfera.az xəbər vrrir ki, bu ba...

Müğənni kimi tanınan müəllim imtahandan kəsildi - FOTO

Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlum...

Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.   Sfera.az...

Axtarışda olan 106 nəfər saxlanıldı

Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   ...

Müdafiə Nazirliyi: "Kəşfiyyat xarakterli uçuşların qarşısı alınıb"

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mö...

Şəkidə piyada ölümü baş verdi

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.   Sfera.az bildirir ki, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndindən k...