Agentliyin sədrinə yeni müavin TƏYİN EDİLDİ


Agentliyin sədrinə yeni müavin TƏYİN EDİLDİ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.

 

Sfera.az xəbər verir ki, bu vəzifəyə Emil Hüseynli gətirilib.

 

O, 6 mart 2025-ci il tarixindən KOBİA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Emil Həsən oğlu Hüseynli 1975-ci ildə Bakı şəhərində anadan olub.

 

O, 1994-1995-ci illərdə Ədliyyə Nazirliyinin Xüsusi şöbəsinin müvəkkili, 1996-cı ildə Azərbaycan Dəmiryolu Qovşaq Avtobazası, 1997-1999-cu illərdə Qaradağ Rayonu İcra Hakimiyyəti Mənzil Komunal Təssərrüfat İstehsalat Birliyində, 102 saylı Təmir-Tikinti İdarəsində, Qaradağ əlvan metalların prokatı zavodunda müxtəlif vəzifələrdə çalışıb. 2005-2006-cı illərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük mütəxəssisi vəzifəsində çalışıb.

 

2006-2007-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentində məsləhətçi, Sahibkarlığın inkişafı siyasəti şöbəsində müxtəlif vəzifələrdə işləyib.

 

2009-2017-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

 

2018-2019-cu illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamentinin müdiri, 2019-2025-ci illərdə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.


OXŞAR XƏBƏRLƏR