Ağcabədidə 13 yaşında ana olan qız ailəsinə TƏHVİL VERİLDİ

Ağcabədidə 13 yaşında ana olan qız ailəsinə TƏHVİL VERİLDİ

"Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb".

 

Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, qız öz valideynlərinin himayəsinə təhvil verilib.

 

Xatırladaq ki, 13 yaşlı qızın 23 yaşlı oğlandan hamilə olması ilə bağlı xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış. Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

 

Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.

 

Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

 

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Yarım milyonluq avtomobil ilə riskli manevrlər edən sürücü SAXLANILDI

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülüb. Belə ki, sü...

Azərbaycanda ən uzun oruc bu gün OLACAQ

Bu gün Azərbaycanda Ramazan ayının sonuncu günüdür. Martın 30-31-i ölkəmizdə Ramazan bayramı qeyd ediləcək.   Sfera.az modern.az-a istinadən xəbər ve...

Vəhşicəsinə öldürülən Narin Güranın son görüntüləri ortaya çıxdı - FOTOLAR

Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən 8 yaşlı Narin Güranın öldürülməzdən qısa müddət əvvəl ailəsi ilə birlikdə çıxdığı gəzintidə çəkdir...

Bakıda temperatur 21 dərəcəyə yüksələcək

Martın 30-da gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Sfera.az xəbər verir ki, Milli Hidrometeoro...

Azərbaycan hava limanları yaz-yay uçuş cədvəlinə keçir

2025-ci ilin martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçu...

Azərbaycan nefti UCUZLAŞDI

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,01 dolla...