Türkiyəli nazir Azərbaycanın şəhid övladları ilə görüşüb - FOTOLAR

Cəmiyyət
20:03 / 25.03.2025
1921
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Azərbaycandan olan şəhid övladları ilə görüşüb.
Sfera.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyindən bildirilib.
Nazir çıxışında Azərbaycan və Türkiyənin həm sevincdə, həm də kədərdə birlikdə olduğunu diqqətə çatdırıb:
“Bu səfərlər ölkələrimiz arasındakı qardaşlığı, dostluğu və həmrəyliyi daha da möhkəmləndirir”.