Bakıda OLAY: Məmur öz oğlunun vəsiqəsini əlindən aldı - VİDEO

Bakıda OLAY: Məmur öz oğlunun vəsiqəsini əlindən aldı - VİDEO
Komandirin oğlu atasının xidməti ərazisində qəza törətdiyi üçün cəzalandırılıb

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov öz oğlunu sərt şəkildə cəzalandırıb.

Bu barədə Cəlalibad rayonunda əhali ilə keçirilən maarifləndirici görüşdə komandir özü məlumat verib. O bildirib ki, hadisə bir neçə il əvvəl baş verib: «Mən özüm Ekoloji nəzarət üzrə yol patrul xidməti bölüyündə 2004-cü ildən 2010-cu ilədək tağım komandiri işləmişəm. O dövrdə mən özüm öz övladımı bir il müddətinə sürücülük hüququndan mərhum eləmişəm. Mənim xidməti ərazimdə hadisə törətmişdi. Oğlum hadisə törədirsə, mən başqasına qarşı tədbir görürəmsə, öz balama qarşı niyə tədbir görməməliyəm? Hadisə ilə bağlı sənədlər toplanılıb məhkəməyə təqdim edildi. Qarşı tərəfə dəyən maddi ziyan ödənildi. Mənim də xahişim nəzərə alındı və məhkəmə oğlumu bir il müddətinə sürücülük hüququndan məhrum etdi. Hərbi xidmətə gedənə yaxın vəsiqəsini ala bildi. Mənim balam xalqın balasından seçilməməlidir. Başqasının vəsiqəsi qaytırılırdısa, mənim övladımın vəsiqəsi qaytarılmadı».

Hikmət Qafarov bildirib ki, belə şeylərə pis baxmaq olmaz: «Kiminsə qohumuna, yaxınına protokol yazırıqsa onu ölümdən, təhlükədən quratırırıq. O, bir dəfə xətaya yol verirsə, cəzalanmırsa, ikinci dəfə yenə kiməsə güvənib xəta törədəcək, sonra bu hallar tez-tez baş verəcək. Və nəhayət, bunun sonu ölüm olacaq. Ya da ayağını kəsəcəklər. Övlad valideynin, valideyn də övladın gözündə dağ olacaq».

mənbə: avtosfer.az


OXŞAR XƏBƏRLƏR

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi- VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Rusiyadan Hindistan və Pakistana çağırış

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüş keçirib. &nb...

Azərbaycanın idman gimnastı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokunun qalibi olub.   Sfera.az xəbər verir ki, milli üzvü 6 mərhələnin yekunlarına əsasən halqala...

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.   Sfera.az paylaş...

İkardidən Wanda Naranı qıcıqlandıracaq paylaşım

"Qalatasaray" azarkeşlərinin yenidən meydana qayıtmasını səbirsizliklə gözlədiyi Mauro İkardi həm karyerasında, həm də şəxsi həyatında xoşbəxt günlər ...

Donald Tramp Virciniya Giuffrenin ölümü ilə bağlı açıqlama verdi - FOTO

ABŞ prezidenti Donald Tramp 41 yaşlı Virciniya Giuffrenin ölümünü “dəhşətli” adlandırıb.   Sfera.az bildirir ki, Tramp bunu Nyu-Cersi hava ...