BMT-də Azərbaycanın mina problemi ilə bağlı sərgi təşkil edilldi

BMT-də Azərbaycanın mina problemi ilə bağlı sərgi təşkil edilldi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın mina problemi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə prosesini əks etdirən fotosərgi açılıb.

 

Sfera.az xəbər verir ki, sərgi Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Burada azad edilmiş ərazilərdə aşkarlanan mina və partlamamış sursatları əks etdirən 40-dan çox foto nümayiş olunur.

 

Sərgidə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minatəmizləmə fəaliyyəti geniş şəkildə təqdim edilib. Fotolarda mina təmizləmə işlərində iştirak edən mütəxəssislər, onların istifadə etdiyi zirehli geyim dəstləri, mina detektorları, müxtəlif təlim sursatları və işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Ağdam, Tərtər, Xankəndi rayonlarında aşkarlanan partlayıcı vasitələr və müxtəlif mina növləri yer alıb.

 

Sərgidə mina partlayışlarından sonra qalan dağıntılar, yararsız hala düşmüş avtomobillər, minatəmizləmə fəaliyyətlərinə cəlb edilmiş xüsusi təlim keçmiş siçanlar və mina aşkarlayan itlərin görüntüləri də yer alıb.

 

Sərgi 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə həsr olunub və dünya ictimaiyyətinin diqqətini Azərbaycanın mina probleminə yönəltmək məqsədi daşıyır.

 

Qeyd edək ki, Azərbaycan dünyada mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələrdəndir. 30 illik işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən tarixi torpaqlarımızda 1 milyondan çox mina basdırılıb. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir və hazırda bu fəaliyyətin 90 faizindən çoxu ölkənin daxili resursları hesabına həyata keçirilir.

 

4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyası tərəfindən müəyyən edilib və hər il qeyd olunur. Bu tarix çərçivəsində Azərbaycan BMT-də bir sıra tədbirlərə təşkilatçılıq edəcək.


OXŞAR XƏBƏRLƏR

ABŞ Çinin 50 şirkətinə sanksiya tətbiq edib

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu sanksiya siyahısına 80 təşkilat əlavə edib və bunların 50-dən çoxu Çin şirkətləridir.   Sfera...

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

İstanbul Böyükşehir Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbs edilməsindən sonra bələdiyyə məclisi bu gün İmamoğlunun vəzifəsini müvəqqəti icra edəcək şəxsi müəy...

Liviya Prezidenti İlham Əliyevi təbrik edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl - Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.   Sfera.az xəbər veri...

Qaqauziya Parlamenti Moldova hökumətinə ultimatum verib

Qaqauz muxtariyyətinin Parlamenti həbsdə olan muxtariyyət lideri Yevgeniya Qutsulun azadlığa buraxılması məqsədilə Moldova hökumətinə ultimatum elan edib. &n...

Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.   Sfera.az xəbər verir ki, məktubda dey...

Rusiya hücum etsə iki həftə müdafiə oluna bilərik - Polşalı general

“Ölkəmizdə silah-sursatın çatışmazlığı səbəbindən Rusiyanın mümkün hücumundan iki həftəyədək müdafiə oluna biləcəyik”.   Sfera.az APA-ya ...