Azərbaycana gələn turistlərin sayı niyə azalıb?

Azərbaycana gələn turistlərin sayı niyə azalıb?

"Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub".

 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.


O qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.

 

"Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turzimdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının ayrı-ayrılıqda 10 faizə yaxın azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk ayını gəlmə turzim azalma ilə başa vurub.

 

Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb",- deyə Vüqar Bayramov qeyd edib.

 

Qeyd edək ki, gələnlərin 23,4 faizi Rusiya, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Küveyt, 1,7 faizi Özbəkistan, 1,6 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 11,3 faizi digər ölkələrin vətəndaşları olub.


OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasında ölən yeniyetmənin anası: "Məhəmmədəlinin arzusu həyata keçdi"

"Məhəmmədəli məşhur futbolçu olmaq istədiyini deyirdi. Boksa başlayanda isə Məhəmməd Əli kimi məşhur boksçu olmaq istədiyini söylədi".   Sf...

“Bloomberg”in keçmiş top meneceri və ailəsi müəmmalı şəkildə ölüb - FOTO

“Bloomberg”in keçmiş rəhbəri Riçard Samarel, onun həyat yoldaşı Lina Mari və 9 yaşlı qızı Samantanın cəsədləri Cənubi Karolinadakı malikanəsində tap...

Yunanıstanın 2 məşhur turist bölgəsi sular altında qalıb

Yunanıstanın Paros adasında daşqın olub.   Sfera.az bildirir ki, məşhurların və milyarderlərin məşhur istirahət məkanları Paros və Mikonos adaları ağır...

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.   Sfera.az xəbər ver...

Azərbaycan BMT-də xüsusi qətnamə irəli sürdü

Aprelin 1-də Cenevrə şəhərində Azərbaycanın təşəbbüsü və əsas həmmüəllifliyi ilə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində mina qurbanlarının hüquqlarının müd...

Kadırov 17 yaşlı oğluna yüksək vəzifə verdi - FOTO

Ramzan Kadırovun yetkinlik yaşına çatmayan oğlu Adam Kadırov yeni mühüm vəzifəyə təyin edilib. Adam Kadırovun mühüm vəzifəyə yiyələnməsi faktı martın 31-də keçi...