“Kontakt App” vasitəsilə ödənişlərinizi daha rahat idarə edəcəksiniz

“Kontakt App” vasitəsilə ödənişlərinizi daha rahat idarə edəcəksiniz

Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bir çox xidmətləri özündə birləşdirən yeni rəqəmsal platforma istifadəyə verməyə
hazırlaşır.

 

Şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqində loyallıq kartı ilə alış-verişdə üstünlüklər qazanmaq və məhsulları sürətli almaq imkanınız olacaq. Tezliklə istifadəyə verilməsi planlaşdırılan “Kontakt App” müştərilərin bir çox ehtiyacını özündə birləşdirəcək. İlkin olaraq, artıq müxtəlif əməliyyatların icrası üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac qalmayacaq. Çünki bu yeni tətbiqdə ən rahat interfeys ilə vəsaiti tərəfdaş platformalara yönləndirmək, müxtəlif xidmətlər üzrə ödənişlər həyata keçirmək imkanı təqdim edəcək.

 

Tətbiq vasitəsilə “Kontakt”dan məhsul almaq istəyənlər üçün də xüsusi bir rahatlıq var. Belə ki, sadəcə bir kliklə “Kontakt”dan hissəli ödənişlə məhsul almaq artıq
elə sadəcə 1 dəqiqə zamanınızı alacaq. Bununla da, tətbiqin istifadəçisi olan hər kəs istədiyi məhsulu mümkün ən sürətli şəkildə rəsmiləşdirə biləcək

 

“Kontakt” bu tətbiqdə öz daimi müştərilərini də düşünüb və onlara xüsusi imtiyazlar təqdim edir. Belə ki, loyallıq proqramı çərçivəsində siz bir müştəri olaraq bonuslar qazanacaq, bu bonusları isə alış-veriş zamanı istifadə edə, dostlarınıza göndərə və ya kredit ödənişlərinizə yönləndirə biləcəksiniz. Bundan əlavə, “Kontakt App” rahatlıq baxımından da istifadəçilərin ehtiyaclarını düşünüb. Çünki burada siz heç yerə zəng etmədən, bütün suallarınıza çatbotlar – yəni, virtual köməkçilər vasitəsilə cavab tapa biləcəksiniz.

 

Bütün bu xüsusiyyətləri ilə “Kontakt App” yeni rəqəmsal bir həll kimi bazara daxil olur. Odur ki, gələcəyin fintek dünyasında “Kontakt App” adını tez-tez eşidəcəyimiz bir dövr başlayır!


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...