ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər

ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər

ABŞ müəyyən şərtlər daxilində İrana qarşı hərbi əməliyyatlara əl ata bilər.

 

Sfera.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.

 

"Bizim bütün məsələləri hərbi yolla həll etməyə ehtiyacımız yoxdur, lakin bu o demək deyil ki, əgər biz müəyyən bir həddə gətirilsək, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər altında bunu edəcəyik",-o bildirib.

 

Vitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi budur ki, İranın bombası (nüvə) olmamalıdır:

 

"Biz onlara nüvə arsenalının yaradılmasına başlamağa icazə verə bilmərik. Bu baş verməməlidir".

 

Martın 7-də Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqları təklif edən mesaj göndərib. İran lideri ABŞ prezidentinin bəyanatını şərh edərkən vurğulayıb ki, ölkəsi ABŞ ilə dialoqa getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür. Martın 12-də Xamenei Trampın danışıqlara hazır olması ilə bağlı sözlərini "dünya ictimai rəyinin aldadılması" adlandırıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

May ayının ən şanslı 4 bürcü BUNLARDIR

May ayı bəzi bürclər üçün dönüş nöqtəsinə çevriləcək. Ulduzların mövqeyinə görə, dörd bürc bu ay həyatında mühüm dəyişikliklər yaşayacaq və xoşbəxtliyə nail ola...

Türkiyədə toyda kütləvi dava- 9 yaralı

Türkiyənin Adıyaman şəhərində toyda kütləvi dava baş verib.    Sfera.az “Yeni Şafak”a istinadən xəbər verir ki, hadisə şəhərin Besni...

2600 manat müavinət kimlərə ödəniləcək?

Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümu...

Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...

"Oğluma atasız qız almaram" deyən aparıcı Nigar Fərhadın illər öncəyə aid müsahibəsi ortaya çıxıb.   Sfera.az xəbər verir ki, aparıcının sö...

32 dərəcə isti olacaq

Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə 1-2 dərəcə yüksək olacağı gözlənilir.   Milli Hidromet...

İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, bununla bağ...