Həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun qar uçqununa düşən hərbi qulluqçuları əsgər Əli Tariyel oğlu İmanovun və əsgər Ruslan Rüstəm oğlu Həmidovun nəşləri tapılıb. Xidmət vaxtı həlak olan hərbçilərimizə qanunauyğun olaraq şəhid statusu veriləcəyi gözlənilir.

 

Sfera.az-ın məlumatına görə, Oxu.Az-a məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan Ordusunun həyatlarını itirən hərbi qulluqçularına şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilə bilər.

 

Xidmət rəsmisi qeyd edib ki, bu gün həlak olan hərbi qulluqçular - Əli İmanov və Ruslan Həmidova xidmət vaxtı döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...