Boşanmadan da aliment almaq mümkündür – HÜQUQİ İZAH


Boşanmadan da aliment almaq mümkündür – HÜQUQİ İZAH

Ölkəmizdə boşanma hallarının artması ən çox müzakirə olunan mövzulardan biridir. Müxtəlif amillər buna səbəb olaraq göstərilsə də, bəzi fikirlərə görə isə artıma əsas stimul verən amillərdən biri də alimentdir.
 

Ancaq Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən nikah pozulmadan da aliment almaq olur.
 


Bəs bu necə mümkündür?
 

Sfera.az verir ki,  mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Babək Həmidov bildirir ki, şəxslər nikahda olduğu halda da uşaqların onda qaldığı valideyn bunun üçün aliment tələb edə bilər.


“Aliment tələbiylə bağlı Mediasiyaya müraciət olunmalıdır. Mediasiyada tərəflər alimentin məbləği və ödənilmə qaydasıyla bağlı razılaşma əldə etməsələr, maraqlı tərəf məhkəmədə qarşı tərəfi cavabdeh qismində göstərməklə aiddiyəti məhkəməyə müraciət edir. Aliment tələbiylə məhkəmədə iddia qaldırır”, - deyə Babək Həmidov bildirib.

 

Qeyd edək ki, cari ildə alimentin minimum miqdarı 246 manatdır.
 

Ailə üzvlərinin aliment öhdəlikləri Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən tənzimlənir.

 

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
 

- 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

- 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

- 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
 

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...