Bakının bu ərazilərində evlər tamamilə sökülməlidir - AÇIQLAMA

Bakının bu ərazilərində evlər tamamilə sökülməlidir - AÇIQLAMA

Bir neçə gün öncə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib. Sonda qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

 

Detallar bəlli olmasa da, qəzalı vəziyyətdə olan evlərlə bağlı müxtəlif suallar ortaya çıxıb. Maraqlıdır, qəzalı vəziyyətə düşmüş binalarla bağlı ölkədə əsas problemlər nələrdir?

 

Sfera.az verir ki, Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, əslində, ölkədə qəzalı vəziyyətdə olan binalar rəsmi olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qeydiyyata alınıb.

 

Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan binaların sayı yüzdən çoxdur:

 

“Bir də var, qismən qəzalı vəziyyətdə olan binalar. Onların sayı həddindən artıqdır. Bakının 1-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binalar da qəzalı və qismən qəzalı sayılır. Hətta Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 2017-ci ilin aprel ayından həmin mikrorayonun yenilənməsi ilə bağlı sərəncam var. Lakin bu, hələ də icra olunmayıb. Burada məsələ FHN-in üzərindədir. Çünki sifarişçi odur. Sərəncama əsasən tender elan olunmalı, tikinti şirkətləri həmin ərazilərə cəlb edilməli, sakinlər köçürülməli, onların kirayə ödənişləri təmin olunmalıdır. Eyni zamanda bina və kommunikasiya xətləri tam yenilənməlidir, sakinlərə 15-20 faiz artıqlaması ilə təmirli vəziyyətdə sahə təqdim olunmalıdır”.

 

E.Azadovun dediklərinə görə, ərazidə 1800-ə yaxın mənzil olmağına baxmayaraq layihənin icra olunması iqtisadi baxımdan sərfəli deyil:

 

Elnur Azadov

Elnur Azadov

 

“Eyni zamanda şəhər normativlərinə görə uyğun gəlmir. 2018-ci ildən sonra Tikinti və Şəhərsalma Məcəlləsi dəyişilib, normativlər sərtləşdirilib. Burada iki problem var. 1-ci mikrorayon pilot layihə olmalı idi və gələcəkdə buna uyğun olaraq digər mikrorayonlardakı beşmərtəbəli və qəzalı binaların sökülməsi həyata keçməli idi. Artıq təcrübə göstərir ki, iqtisadi baxımdan bu binaların sökülməsi tikinti şirkətləri üçün maraqlı deyil. İkinci məsələ Şəhərsalma və Tikinti Məcəlləsi sərtləşdirildiyinə görə bəzi ərazilərdə bunların hətta həyata keçirilməsi mümkün deyil. Bu baxımdan ölkədə, ən çox da Bakı və böyük şəhərlərdə qəzalı və ya qismən qəzalı vəziyyətdə olan binaların sökülməsi prosesi yalnız dövlət vəsaiti hesabına həyata keçirilə bilər”.

 

Ekspert deyib ki, tikinti və özəl sektorlara gəldikdə isə, az sayda olan tikinti şirkətləri var ki, onların da buna resursu çatmır və sayları olduqca azdır:

 

“Ümumilikdə ölkədə istismar müddəti bitmiş binaların sayı 16 min civarındadır. Onlar sovet hökuməti dövründə – 40-60 il əvvəl ərsəyə gəlib. Onların sökülməsi və yenidən qurulması ilə bağlı yaxın 20-30 il ərzində ciddi bir dəyişiklik gözlənilmir. Yəni bu o deməkdir ki, o istiqamətdə ciddi araşdırma aparılmalı, ekspertlər cəlb olunmalı, həyata keçirilməsi prosesi planlaşdırılmalıdır. Birinci növbədə sırf qəzalı adlanan binaların sökülməsi barədə tədbirlər planı aparılmalıdır ki, onlar dövlət hesabına olaraq, yoxsa özəl sektor tərəfindən həyata keçiriləcək. Əminliklə deyə bilərəm ki, iqtisadi baxımdan əlverişli yerdə yerləşmirsə, bu kimi layihələr özəl sektor üçün maraqlı olmayacacaq”.


 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...