Şəhidin 9 yaşlı övladı Leyla Əliyevaya: "Sizin də atanız bir qəhrəmandır! İstəyirik ki, bu mahnını bir yerdə ifa edək!" - VİDEO

Şəhidin 9 yaşlı övladı Leyla Əliyevaya: "Sizin də atanız bir qəhrəmandır! İstəyirik ki, bu mahnını bir yerdə ifa edək!" - VİDEO

Leyla Əliyeva Novruz bayramını şəhid övladları ilə birgə qarşılayıb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu il də Novruz bayramını şəhid övladları ilə birlikdə keçirib.

 

Sfera.az xəbər verir ki, “Mənim Atam Qəhrəmandır” layihəsi çərçivəsində 200-ə yaxın şəhid övladı üçün Şahdağda üç günlük bayram şənliyi təşkil edilib. Bayram tədbirləri zamanı şəhid qızı, 9 yaşlı Aylin Hümbətli hər kəsi duyğulandıran bir çıxış edib. O, “Mənim atam qəhrəmandır” himnini Leyla Əliyevaya hədiyyə edərək, onu bu nəğməni şəhid övladları ilə birgə ifa etməyə dəvət edib:

 

“Əziz Leyla xanım, sizin atanız da bir qəhrəmandır! Bu nəğməni bizimlə birgə oxuyaraq qələbəni bizə yaşadan qəhrəman atalarımıza hədiyyə etməyinizi xahiş edirik.”

 

Leyla Əliyeva şəhid övladları ilə birgə nəğməni ifa edərək onların sevincinə sevinc qatıb. O, şəhid ailələrinə daim diqqət və qayğı göstəriləcəyini, onların heç zaman unudulmayacağını vurğulayıb.

 


 

Bayram çərçivəsində şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova və daha 15 şəhid övladı doğum günlərində xüsusi olaraq təbrik ediliblər. Daha sonra Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə bayram hədiyyələri təqdim olunub.
 

Tədbirdə iştirak edən Fondun icraçı direktoru Anar Ələkbərov şəhid ailələrinə bir daha dəstəyini ifadə edərək vurğulayıb:


“BİZ ONLARI QORUMALIYIQ!”
 

"Şəhid övladları bu vətənin bizə əmanətidir. Onlar atasız qalmayıb, çünki onların ataları bu xalqın qəlbində əbədi yaşayır. Onların göz yaşını silmək, üzlərini güldürmək, gələcəyə inamla baxmalarını təmin etmək bizim borcumuzdur. Çünki bu gün azad yaşadığımız hər gün onların atasının bizə mirasıdır!” -, deyə Anar Ələkbərov çıxışında bildirib.

 

Bu sözlər bir daha göstərir ki, şəhid ailələri heç vaxt unudulmayacaq, onların qəhrəman atalarının ruhu daim əziz tutulacaq. Heydər Əliyev Fondu və dövlətimiz hər zaman şəhid övladlarının və ailələrinin yanında olacaq!

 

Əziz şəhid övladları bir daha sizin Novruz bayramınızı təbrik edirik! Biz hər zaman atalarınızın adından onların sevgisi ilə yanınızdayıq!

 

 


OXŞAR XƏBƏRLƏR

Oğlan övladı olan valideynlər daha tez yaşlanır - Tədqiqat

ABŞ-nin Sağlamlıq və Təqaüd proqramı çərçivəsində aparılan bir tədqiqatda, ən azı bir oğlan övladı olan valideynlərin iş məhsuldarlığının yalnız qız övladı olan...

Misin dəyərində yeni rekord qeydə alınıb - Qiymət

Beynəlxalq birjalarda misin qiymətində hər gün yeni rekord göstəricilər qeydə alınır.  Sfera.az xəbər verir ki, bu ilin əvvəlində bir tonunun qiyməti ...

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən azad edilib

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, direktor Məm...

Danimarkada qadınlar da hərbi xidmətə çağrılacaq - Daha çox əsgərə ehtiyac yaranıb

Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Maykl Hildqord ölkənin bütün hərbi gücünü səfərbər etmək ehtiyacı səbəbilə 2026-cı ildən etibarən qadınların d...

Netanyahu qəti danışdı: "Girovlar geri qaytarılmasa..."

İsrail Qəzza zolağında girovların azad edilməsinə nail olana qədər Fələstinin HƏMAS hərəkatına təzyiq göstərməyə davam edəcək.   Sfera.az Teleqraf-a ...

Ermənistan və Azərbaycan arasında hələ də müharibə təhlükəsi var - Rubinyan

Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.   Sfera.az “Report”a istinadən xə...