DSX hərbçiləri şəhidlərimizin ailələrini ziyarət etdi


DSX hərbçiləri şəhidlərimizin ailələrini ziyarət etdi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Novruz bayramı ərəfəsində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrini ziyarət etmiş, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Sfera.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, görüşlər zamanı şəhid ailələrinin və müharibə əlillərinin sosial təminat məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanmış, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görüldüyü bildirilib.

 

Şəhid ailələrinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbriki çatdırılıb, qayğıları öyrənilmiş və ailələrə bayram sovqatları təqdim edilib.

 

Şəhid ailələri göstərilən diqqətə görə ölkə rəhbərliyinə və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, belə ziyarətlərin onlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd ediblər.


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...