Bakıda "Trans gəlincik" satılır - FOTOLAR

Bakıda
Nəvəsinə oyuncaq gəlincik alan nənə və nəvə gördükləri mənzərədən şok olublar.
Gəlinciyi soyunduran balacanın valideynləri gördükləri mənzərədən heyrətə düşüb. Onlar ilk dəfə transseksual gəlincik görüblər.

Bir neçə gün öncə Bakıda baş verən bu hadisə xeyli izləyici tərəfindən maraqla qarşılanıb. Valideynlər bu hadisəyə əvvəl gülsələr də sonradan əsəb keçirdiblər.

Mavi paltar geyindirilmiş zənci gəlinciyin üzü kosmetik vasitələrə boyanıb, qoluna qolbaq taxılıb, cinsi orqanı isə kişi cinsi orqanıdır.

Uşaqlar həyatı oynayaraq öyrənirlər. Ancaq yenə də uşaqların oyun dünyasını zənginləşdirmək məqsədi ilə bir çox fərqli oyuncaqlar istehsal edilir. Son zamanlar satışda hamilə "Barbie" gəlincikləri, homoseksual gəlinciklər peyda olub. Belə gəlinciklərin heç nədən xəbəri olmayan uşaqların psixologiyasına mənfi təsiri şübhəsizdir.

Psixoloq Günel Aslanova isə bildirdi ki, bu kimi hallar uşaqlara informasiya aşılayır: "Gəlincik orijinaldırsa, ehtimal ki, bu kimi hallara qarşı dözümlülüyü artırmaq məqsədilə ilə istehsal ediblər. Yəni, nə translar, nə hamilələr fantaziya məhsulu deyil. Real həyatda mövcuddurlar. Bu kimi oyuncaqları olan uşaqların həmin mövzuda məlumatları artıq olacaq. Balaca uşaq hamilə anasını görür. Homoseksual gəlincik ilə də erkən tanışlıq uşaqda informativliyi artıracaq, onlarla rastlaşanda qeyri-etik reaksiya verməyinin qarşısını alacaq. Qaldı ki, mənfi təsirə... Bunu yəqin ki, bir neçə müddət sonra araşdırıb, öyrənmək mümkün olacaq".

Başqa bir psixolq Aynur Bünyatova isə bildirdi ki, xaricdə uşaqlara cinsi inkişaf və tərbiyə haqqında üsullar hər yaşa görə uygun örgədilir: " Məktəbəqədər yaşlı uşaqlarda artıq 3 yaşdan sonra öz cinsinə və əks cinsə maraq oyanmağa başlayır. Bu, həm özünü identifikasiya, həm də ətraf mühit ilə tanışlıqdır. Belə gəlinciklər hamısı uşaqlarda yanlış məlumat yaradır və bu körpə psixikasına mənfi təsir göstərir. Bunlar hamısı milli şüur üzərində təsir ola biər. Məncə, müvafiq qurumlara bu haqda şikayət edilməlidir".

mənbə: tia.az

Ölkə ŞOKDA! Bakıda
Ölkə ŞOKDA! Bakıda
Ölkə ŞOKDA! Bakıda

OXŞAR XƏBƏRLƏR