Logo

DİN-in mətbuat xidmətinin yeni rəhbəri bəlli oldu

DİN-in mətbuat xidmətinin yeni rəhbəri bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.

Sfera.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb", - deyə, DİN-dən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR