Fəvvarələr meydanında qanunsuz zəbt edilmənin qarşısı alındı


Fəvvarələr meydanında qanunsuz zəbt edilmənin qarşısı alındı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Səbail rayonu, Əhməd Cavad küçəsində (Fəvvarələr meydanı yaxınlığında) ictimai sahənin qanunsuz zəbt edilməsinin qarşısını alıb.

 

Sfera.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

 

Məlumata görə, eyni ünvanda ötən ilin martında, cari ilin yanvar və mart aylarında keçirilmiş baxışlar zamanı da qanunsuz artırma işlərinin aparıldığı müəyyən olunub. İdarə şəhərsalma qaydalarına uyğun həyata keçirilmiş monitorinqlər nəticəsində oxşar hallarla bağlı bir neçə dəfə qanunsuz tikinti işlərinin qarşısı alınıb, söküntü işləri aparılmış və qanunvericiliyə uyğun olaraq ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

 

“Lakin Baş İdarə tərəfindən dövlət qurumlarına müraciət və sahibkarlara xəbərdarlıq edilsə də, yenidən həmin ərazidə özbaşına quraşdırma işlərinə başlanılıb və ictimai sahənin bir hissəsi müxtəlif konstruksiyalarla zəbt edilərək, gediş-gəlişə maneə yaradılıb”,- deyə məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...

Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə ANKA agentliyinə is...