Heydər Əliyev Fondu Azər Rəşidoğlunun müalicə xərclərini üzərinə götürdü


Heydər Əliyev Fondu Azər Rəşidoğlunun müalicə xərclərini üzərinə götürdü

Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicə xərclərini üzərinə götürüb.

 

Sfera.az xəbər verir ki, bu barədə jurnalist sosial media hesabında yazıb:

 

“Bilirəm ki, səhhətimlə bağlı narahatsınız. Sizə şad xəbərim var. Dostlarımız cənab Prezidentə, Birinci Vitse-prezidentə və Heydər Əliyev Fonduna yardım xahişi ilə müraciət etdilər. İnanırdım ki, müsbət reaksiya olacaq, ancaq bu qədər tez reaksiyanın olacağını ağlıma gətirə bilməzdim. Bu gün Heydər Əliyev Fondundan dəfələrlə zəng oldu və ən yaxın günlərdə Türkiyəyə müalicəyə aparacaqlarını və sona qədər yanımda olacaqlarını dedilər. Hətta sənədlə bağlı kiçik problem yaranmışdı, anındaca həll etdilər. Fondun təmsilçisi mən sağalana qədər dövlətin məni yalnız buraxmayacağını və məsələnin cənab Prezidentin şəxsi nəzarətində olduğunu dedi. Cənab Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirəm. Dövlət məni ağır xəstəliklə savaşda tək buraxmadı. Allah Azərbaycanımızı qorusun!”


OXŞAR XƏBƏRLƏR

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...

Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə ANKA agentliyinə is...

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib. &nb...

Tələbənin sosial kredit alması üçün bal tələbi var? - RƏSMİ

Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin sənəd qəbulu prosesinə start verilib.   2025-2026-cı tədris ilinin payız semes...