"Qafqaz"ın tələbələri nüfuzlu universitetlərə yerləşdiriləcək

 
"Təfəkkür Universitetinin tələbələri cari tədris ili bitdikdən sonra digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Qafqaz Universitetinin tələbələri isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcək”.

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, tələbələrin gələcək təhsili yüksələn istiqamətdə təmin olunacaq. 

"Təhsil Nazirliyi bunun üçün bütün şəraiti yaradacaq. Bir məsələni də vurğulayım ki, tələbələrin təhsil haqqının artımından söhbət gedə bilməz”.

S.Gözəlov qeyd edib ki, bununla əlaqədar olaraq Təhsil Nazirliyində həm Təfəkkür, həm də Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı müvafiq işçi qruplar yaradılıb: "İşçi qrupların tərkibi haqqında artıq ictimaiyyətə məlumat verilib, eyni zamanda Təhsil Nazirliyinin saytında məlumatlar gedib”. 

Qeyd edək ki, keçən ilin oktyabr ayında Təfəkkür Universiteti Təhsil Nazirliyinə müraciət edərək universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətin dayandırılması barədə qərar qəbul edildiyini bildirib.

Qafqaz Universitetinin rəhbərliyi də yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığını və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb. Bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali məktəblərə köçürülməsinə köməklik göstərilməsini xahiş edilib.


OXŞAR XƏBƏRLƏR

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi- VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Rusiyadan Hindistan və Pakistana çağırış

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüş keçirib. &nb...

Azərbaycanın idman gimnastı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokunun qalibi olub.   Sfera.az xəbər verir ki, milli üzvü 6 mərhələnin yekunlarına əsasən halqala...

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.   Sfera.az paylaş...

İkardidən Wanda Naranı qıcıqlandıracaq paylaşım

"Qalatasaray" azarkeşlərinin yenidən meydana qayıtmasını səbirsizliklə gözlədiyi Mauro İkardi həm karyerasında, həm də şəxsi həyatında xoşbəxt günlər ...

Donald Tramp Virciniya Giuffrenin ölümü ilə bağlı açıqlama verdi - FOTO

ABŞ prezidenti Donald Tramp 41 yaşlı Virciniya Giuffrenin ölümünü “dəhşətli” adlandırıb.   Sfera.az bildirir ki, Tramp bunu Nyu-Cersi hava ...