Metronun hərəkət qrafiki DƏYİŞDİ

Metronun hərəkət qrafiki DƏYİŞDİ

Bakı metropoliteni Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və bayram günləri üzrə metropolitenin hərəkət qrafikində dəyişiklik olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.

 

Bildirilib ki, martın 20-21-də saat 07:00-dan 21:00-dək "Əhmədli - 28 May" istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək. Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.

 

Xətlərin birləşdiyi "28 May" stansiyasından sonra - "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq.

 

"Bakmil" istiqaməti və əksinə hərəkət edən sərnişinlər isə metrodan martın 20-21-də şənbə günü, ayın 22-31-də isə bazar günü qrafiki üzrə istifadə edə biləcəklər.

 

Sərnişin axınının tənzimlənməsi məqsədilə "Nərimanov" elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranarsa, xəttə buraxılacaq.

 

Stansiyalarda növbətçilik cədvəli tərtib olunmaqla əlavə nəzarət mexanizmləri tətbiq ediləcək.

 


OXŞAR XƏBƏRLƏR

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...

Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə ANKA agentliyinə is...

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib. &nb...

Tələbənin sosial kredit alması üçün bal tələbi var? - RƏSMİ

Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin sənəd qəbulu prosesinə start verilib.   2025-2026-cı tədris ilinin payız semes...