Sevib evləndilər, amma təhdid altında yaşayırlar - Onları yalnız qızın atası xilas edə bilər-VİDEO

Sevib evləndilər, amma təhdid altında yaşayırlar - Onları yalnız qızın atası xilas edə bilər-VİDEO
Ancaq təhdidlər gəncləri qorxutmur və nə olursa olsun sevgiləri üçün mübarizə aparacaqlarını deyirlər
 

Valideynlərinin başqasına ərə vermək istədiyi üçün öz istədiyi oğlana qoşulub qaçan 23 yaşlı qız Xəzər TV-yə üz tutdu.

Sfera.az məlumat verir ki, Günay Məmmədova qaçırılmadığını və öz arzusu ilə Elnur Əhmədovla evlənmək istədiyini dedi.

Ancaq təhdidlər gəncləri qorxutmur və nə olursa olsun sevgiləri üçün mübarizə aparacaqlarını deyirlər.

Onların müraciətini eşidib Xəzər TV-yə üz tutan Günayın valideynləri və yaxınları ilə də danışmaq istədik. Ancaq bizi görən kimi uzaqlaşdılar.

Amma valideynlərinin Günayı nişanladıqları Aqşin adlı gəncin qohumları məsələyə münasibət bildirdilər. Aqşinin bibisi qızı kimi özünü təqdim edən xanım Günayın onun qohumu ilə 4 il nişanlı qaldığını və heç nəyə məcbur edilmədiyini dedi.

Bununla belə,  artıq onlar Günayı qəbul etmək istəmirlər. Onları məyus edən isə toy hazırlıqları zamanı qəfildən belə bir addımın atılmasıdır.

Gənclər isə hələ də həyatlarının təhlükədə olduğunu və rahat yaşaya bilmədikləri üçün narahatdırlar. Onları yalnız Günayın atasının razılığı sakitləşdirə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...