Yeni xidmət növləri yaranır - RƏSMİ

Yeni xidmət növləri yaranır - RƏSMİ

Sosial-mədəni xidmət növü müəyyənləşir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib. 

 

Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmur. 

 

Qeyd olunanları nəzərə alaraq qanuna yeni – sosial-mədəni xidmət növü əlavə edilməsi təklif olunur.

 

Sosial-mədəni xidmətlər şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlib. 

 

Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır. Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım etdi - FOTO

"Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticəl...

"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa d...

İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib - FOTO

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavod...

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının iyulun 4-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, gündəliyə 17...

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək.   Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gü...

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul etdi

İyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaş qəbulu keçirib.   Elm və Təhsil Nazirliyindən Sfera.az-ya verilən məlum...