Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.

 

Sfera.az xatırladır ki, sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır.

 

Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.

 

Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb papaq atır, gizlənirlər. Bunun da xüsusi mənası var. Ev sahibi papağı şirniyyatla, qoz-fındıqla doldurur. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür.

 

Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.


OXŞAR XƏBƏRLƏR

“Starbucks” cinsi orqanına isti qəhvə tökən adama 50 milyon dollar təzminat ödəyəcək

Maykl Qarsiya adlı Amerika vətəndaşı isti qəhvəyə görə “Starbucks”a qarşı məhkəmədə qalib gəlib. Sfera.az bildirir ki, Amerikalı pis bağlanmış ...

Səliqəsiz evi olan kasıb nənə milyonçu oldu: Bu qədər pulu haradan alıb? - FOTO

Britaniyanın Kentdəki Uitstable şəhərinin sakinləri 2022-ci ildə vəfat edən yoxsul qonşuları Gilda (Hilda) Levinin gizli milyonçu olduğu ortaya çıxanda şoka düş...

Cütlük zibil qutularından topladıqları ilə xeyriyyəçilik edir - FOTO

ABŞ-ın Nyu-Cersi ştatından olan Matthews-Reshler (Metyus-Reşler) ailəsi üçün zibil qutularında faydalı əşyalar axtarmaq təkcə pula qənaət etmək deyil, həm də ai...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Lənkəran stansiyasından 19 kilometr şimalda Lənkəran rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmə...

Leyla və Arzu Əliyevalar Şahdağ Milli Parkında- VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İsmayıllının Talıstan kəndindən paylaşım edib.   Sfera.az xəbər verir ki, o bu barədə inst...

Türkiyənin məşhur sənətçisi vəfat etdi

Türkiyənin tanınmış sənətçilərindən olan rəqqasə Tanyeli 2,5 ildir mübarizə apardığı xərçəng xəstəliyinə təslim olub.   Sfera.az xəbər verir ki, o, m...