Havanın qəfil dəyişməsi insanlara necə təsir edəcək? - Həkimdən AÇIQLAMA

Havanın qəfil dəyişməsi insanlara necə təsir edəcək? - Həkimdən AÇIQLAMA

Bakıda havanın temperaturu 30 dərəcəyə çatıb, bir neçə gün əvvələ qədər isə havanın temperaturu sıfır dərəcədən aşağı idi. Bu cür ani dəyişikliklər iqlim dəyişkənliyinin təzahürüdür. 

 

Qısa müddətdə temperaturun kəskin dəyişməsi normal haldırmı və bunun insan sağlamlığına mənfi təsiri ola bilərmi?

 

Bununla bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Sfera.az-a açıqlama verərək bildirib ki, fəsil dəyişməsi ilə əlaqədar olaraq, bu dövr hər zaman təlatümlü keçir:

 

“Əvvəllər temperatur daha aşağı olurdu, amma yavaş-yavaş hava ilıqlaşır və bu, yazın gəlişi ilə bağlı qanın durulaşması zamanı xəstəliklərin tezləşməsinə səbəb olur. İnsanlar uzun müddətdir bu vəziyyətə adaptasiya olublar. Bu dövrlərdə ən vacib tövsiyə, düzgün geyim formasının seçilməsidir. İsti havada nazik geyinməkdən çəkinmək lazımdır. Havanın iqlim dəyişiklikləri ilə müşayiət olunan bu dövrlərdə, birinci növbədə müxtəlif xəstəliklərin kəskinləşməsi müşahidə olunur”.

 

Professor bahar dövründə temperatur dəyişiklikləri allergik xəstəliklərin artmasına, nevrotik və mədə-bağırsaq problemlərinin kəskinləşməsinə səbəb ola biləcəyindən söz açıb. 


A.Qeybullanın sözlərinə görə, bu, allergik xəstəliklər, allergik bronxit, astma, allergik rinoplastika kimi xəstəliklərin artmasına səbəb ola bilər:

 

“Həmçinin, nevrotik xəstəliklər, stresslər, mədə-bağırsaq problemləri, mədənin şişməsi, parçalanması və xronik qara ciyər xəstəliklərinin kəskinləşməsi də müşahidə olunur.Bu səbəbdən, bəzi xronik xəstələrə bahar dövründə xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər görmək tövsiyə olunur. Xüsusilə həkimlərlə məsləhətləşmək vacibdir. Adaptasiya imkanlarına diqqət yetirmək də önəmlidir. Qışın sonuna yaxın avitaminoz artır, insanlar yorğun və əzgin hiss edirlər. Bu dövrdə açıq havada gəzmək, fiziki aktivliyi artırmaq, meyvə və tərəvəz qidalarını daha çox qəbul etmək avitaminozun qarşısını almağa kömək edər. Ayrıca, gündəlik temperatur rejiminə uyğun düzgün geyim seçmək də mühüm bir şərtdir”.

 

Fidan Hacızadə 


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...