Daha bir ölkə Bakı-İrəvan razılaşmasını alqışladı
Kateqoriya məlum deyil
İsveç Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb.
Sfera.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat yayılıb.
“İsveç Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılığa gəlməsi xəbərini alqışlayır və regionda davamlı sülh, sabitlik və firavanlığa töhfə vermək üçün onun tezliklə imzalanmasına çağırır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlamışdı.






