Logo

Venesiyanı xatırladan Zabrat 2:17 saniyəyə diqqət müxbir suyun altındadı - VİDEO

Venesiyanı xatırladan Zabrat 2:17 saniyəyə diqqət müxbir suyun altındadı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

TTV (Region TV) xəbər verir ki, indi izləyəcəyiniz görüntülər hansısa ucqar kənddən yox, paytaxtın Sabunçu rayon Zabrat 2 qəsəbəsindəndir. Qəsəbəyə daxil olan zaman buradakı vəziyyət, sakinlərin yaşayışını təxmini əks etdirirdi. Suyun yaratdığı gölməçələr uzaqdan adamın üzünə gülümsəyirdi. Sakinlər problemlə əlaqədar dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də, səlahiyyətli şəxslərin məzuniyyətdə olduğu bildirilib.Sakinlər bu günki vəziyyətin hələ qat-qat yaxşı olduğunu deyirlər. Suyun evlərin içinə qədər girdiyi bildirilir. Sakinlərin sözlərinə görə, qış fəsli olsa da, milçək əlindən zara gəliblər. Suyun yaratdığı gölməçələr nəticəsində antisanitariya baş alıb gedir. Problemlə bağlı sakinlər dəfələrlə Zabrat bələdiyyəsinə müraciət etsələr də, bir nəticə əldə olunmayıb. Biz də çəkiliş komandamızla yollandıq birbaşa Zabrat bələdiyyəsinə. Lakin nə bələdiyyə sədrini, nə də sədr müavinlərini yerində tapdıq. Nahar fasiləsindən sonra nə gələn oldu, nə də gedən. Biz televiziya olaraq müraciət edən sakinlərin problemini çəkib göstərdik. Problemin həlli aidiyyatı orqanların səlahiyyətindədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR