Metronun "Koroğlu" stansiyasında sərnişin sıxlığı yaranıb

Cəmiyyət
09:46 / 17.03.2025
1926
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında sərnişin sıxlığı müşahidə olunub.
Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.
Bununla belə, qurum bəyan edib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur.
"Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir", - deyə məlumatda qeyd olunub.