Milli Məclisin deputatı seçicilərinə təbrik ünvanlayıb

Milli Məclisin deputatı seçicilərinə təbrik ünvanlayıb

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Novruz bayramı münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə təbrik ünvanlayıb. 

 

Seçicilərinə səmimi diləklərini və xoş arzularını yetirən millət vəkilinin təbrikində deyilir ki, Novruz bayramı xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur, öz tarixi keçmişimizə yüksək ehtiramımızı və milli dəyərlərimizə dərin bağlılığımızı nümayiş etdirir. 


Xalqımız Novruz bayramını son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan Şanlı Zəfərimizin və Böyük Qayıdışımızın doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.   


Novruz bayramı münasibətilə millət vəkili tərəfindən 57 saylı Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bayram sovqatlarının çatdırılması təmin edilib.


Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, şəhid ailələrinin, qazilərin və oruc tutan sakinlərin iştirakı ilə Xaçmaz rayonunda 550 nəfərlik iftar mərasimi təşkil olunub.


OXŞAR XƏBƏRLƏR

Ramazanın 16-cı gününün duası -İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 16-cı günüdür.   Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah im...

Sevda toyundan danışdı

Əməkdar artist Sevda Ələkbərzadə toyundan danşıb.   Sfera.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında deyib. ...

Lənkəranda direktor şagirdi döyüb?

Lənkəran rayonu Tütəpeştə kənd orta məktəbinin direktoru Rövşən Əliyevin həmin məktəbin şagirdini dərsə gecikdiyinə görə döydüyü barədə məlumatlar yayılıb. &...

“İstiqlal marşı”nın 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları MEK-lə tanış olublar

Türkiyənin və Şimali Kipr Türk Respublikasının dövlət himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıl...

Bakıda motosikleti insanların üzərinə sürən şəxs HƏBS EDİLDİ

Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib.   DİN-dən Sfera.az-a verilən məlumata görə, hadisə martın...

Rusiya ilə sülh danışıqlarında Ukraynanı onlar təmsil edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarla sülh danışıqlarında iştirak etmək üçün qrupun tərkibini təsdiqləyib.   Sfera.az x...