İsmayıllı rayonunda iftar süfrələri təşkil olunub

Ramazan ayı ilə əlaqədar İsmayıllı rayonunda iftar süfrələri təşkil olunub.
Sfera.az xəbər verir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nihad Bağırov öz sosial şəbəkə hesabında paylaşım edib.
İcra başçısı paylaşımında bildirib:
"İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardım göstərmək, onlara bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq Ramazan ayında İsmayıllı rayonunda iftar süfrələri təşkil olunur.
Növbəti belə bir iftar süfrəsi mart ayının 14-də Qala Şadlıq Sarayında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirildi.
Allah tutulan orucları və edilən duaları qəbul etsin!"
i