Bu şəxslərin də müavinət alması təklif EDİLDİ

Bu şəxslərin də müavinət alması təklif EDİLDİ

Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin verilməsi təklif olunur.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
 

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb.
 

Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdikdə, həmçinin sonradan boşandıqda onlar məcburi köçkün statusunu, habelə həmin şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə hüquqlarını itirirlər.
 

Lakin bu hal ailə vəziyyətini dəyişən kişilərə münasibətdə nəzərdə tutulmayıb.
 

Sənəddə qeyd edilib ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə çoxsaylı şikayətlər daxil olub.
 

Həmin şikayətlərin tam araşdırılması və sözügedən bəndin Konstitusiyanın 25-ci maddəsinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyindən müvafiq məsələyə dair mülahizələrin təqdim edilməsi xahiş olunub.


Nəticədə Ədliyyə Nazirliyi tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanan 2024-cü il 18 noyabr tarixli məktubda Konstitusiyanın 25-ci maddəsinin tələblərinə zidd olduğundan Qaydanın 2.4-cü bəndinin ləğv edilməsi təklif olunub.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bayden və Trampla əlaqələri belə müqayisə etdi

“Biz ABŞ-nin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik”.   Sfera.az xəbər ...

Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...

Sabah Azərbaycanda Ramazan ayının 15-ci günüdür.   Sfera.az xəbər verir ki, imsak saat 05:26, iftar isə saat 19:02-yə təyin olunub.   İmsa...

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə İraqın Baş naziri M...

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...