Gec evlənmək adi hala çevrilib - Geniş yayılan tendensiya nə ilə bağlıdır?

Gec evlənmək adi hala çevrilib - Geniş yayılan tendensiya nə ilə bağlıdır?

Dünyada, o cümlədən Azərbaycanda evlilik yaşının artması dinamikası müşahidə olunur. Açıqlanan məlumatlardan görünür ki, insanlar daha yuxarı yaşlarda evlənir, boşanma faktları isə artır. Bu, bir çox sosial, iqtisadi və mədəni amillərin təsiri ilə bağlıdır. Hətta bu tendensiya, cəmiyyətin ailə qurma və münasibətlərə yanaşma formasını dəyişdirir.

 

Bəs evlilik yaşının gecikməsinin əsas səbəbləri nələrdir?

 

Sfera.az xarici və yerli mənbələrə istinadən mövzu ilə bağlı araşdırma aparıb.

 

Məlum olur ki, bugün dünyada gənclər əvvəlki illərlə müqayisədə daha çox təhsil almağa və karyera qurmağa meyillidirlər. Azərbaycanda 30-35 yaşdan sonra nikaha girənlərin sayında artım var. Ancaq evlilik üçün yaşın artması yalnız Azərbaycanda müşahidə edilən tendensiya deyil. Bu tendensiya bütün dünyada müşahidə edilir. Ailənin qurulması, ümumiyyətlə, ev və iş həyatını tarazlaşdırmağı tələb edir. Gənclər, xüsusilə qadınlar, yüksək təhsil almağa önəm verirlər. Bakalavr və magistr proqramlarını bitirdikdən sonra karyera qurmaq istəyirlər.

 

Təhsilini tamamlayan və peşə sahəsində uğur qazanmaq istəyən gənclər, iş dünyasında sabit bir mövqe tutmaq istədikləri üçün evlilik qərarını daha gec alırlar. Gəlir əldə etmək, maliyyə təhlükəsizliyini təmin etmək və şəxsi həyatını balanslaşdırmaq üçün evliliyi təxirə sala bilərlər. Gənclərin evlənməyi gecikdirmələrinin əsas səbəblərindən biri də maliyyə təminatını gücləndirmək istəkləridir. Evlilik, bir çox hallarda maliyyə baxımından əlavə məsuliyyət gətirir. Gənclər, yüksək həyat standartları qurmağa və rahat bir həyat sürməyə çalışırlar. Bəzi insanlar, maddi olaraq güclü olana qədər evliliyi təxirə salırlar. Ev almaq, avtomobil almaq, uşaqların təhsili üçün hazırlıq etmək kimi maliyyə planları evliliyi təxirə salan amillər arasında yer alır.

 

Məsuliyyətlərdən çəkinən və öz şəxsi həyatını yaşamaq istəyən gənclər evliliyi bir az daha gecikdirməkdən çəkinmirlər. Bir çox gənc, şəxsi inkişafını və həyatını daha sərbəst yaşamaq istəyir. Gənclər arasında sosial və mədəni dəyişikliklər nəticəsində, həyatın erkən mərhələlərində ailə qurmaq yerinə, özlərinə vaxt ayırmağı, səyahət etməyi, hobbiləri inkişaf etdirməyi, yeni təcrübələr qazandırmağı üstün tuturlar. Əvvəllər cəmiyyətdə erkən yaşda evlənmək adət idi və gənclərin evlilikləri tez başlayırdı. Ancaq son dövrlərdə cəmiyyətdə evlilik yaşına dair yanaşmalar dəyişib. Müasir dövrün sosial təzyiqləri və evlilik ilə bağlı dəyişən gözləntilər buna səbəb olub.

 

Buna görə də bir çox ölkədə gənclərin ailə qurmasına təşviq etmək məqsədilə müxtəlif stimullar təqdim edilrr. Bu təşviqlər maliyyə dəstəkləri, vergi güzəştləri və sosial xidmətlər şəklində həyata keçirilir. Məsələn, Fransa, ailə institutunu gücləndirmək və uşaqlı ailələrə dəstək olmaq məqsədilə müxtəlif təşviq proqramları təqdim edir. Uşaqlı ailələrə dövlət tərəfindən maliyyə yardımları verilir. Ailələr, bir neçə uşaqları olduqda müavinətlərdən daha çox faydalana bilərlər. Uşaqları olan evli cütlüklər üçün vergi öhdəlikləri azalır. Dövlət, evliliyi təşviq etmək üçün ailə xidmətlərini yaxşılaşdırmağa və valideynlərə müxtəlif sosial dəstəklər verməyə çalışır.

 

Şimali Avropa ölkələri, evliliyi təşviq etməsələr də, ailə institutunu dəstəkləmək məqsədilə geniş sosial xidmətlər təqdim edirlər. Uşaqlı ailələrə dövlət tərəfindən müavinətlər və müxtəlif sosial yardımlar verilir. Danimarka və İsveçdə valideynlərə uşaqlarını böyütmək üçün uzun müddətli məzuniyyətlər verilir və uşaqların baxımı dövlət tərəfindən təmin edilir. Bu, gənclərin ailə qurmağa təşviq edilməsi üçün əhəmiyyətli bir stimuldur. Gənc valideynlər üçün iş yerində maaş təminatı və kompensasiya sistemləri də mövcuddur. Macarıstan, xüsusilə gənclərin ailə qurmasına dəstək verən geniş miqyaslı təşviq proqramları tətbiq edir. Macarıstan, gənc cütlüklərə xüsusi müavinətlər də verir. Xüsusilə, cütlüklərin ev almasına və ya kirayə haqqını ödəmələrinə kömək edən maliyyə dəstəkləri mövcuddur. Uşaqlı ailələrə vergi güzəştləri tətbiq olunur və ailə başçılarının gəlirlərinə görə əlavə müavinətlər verilir.

 

Gəncləri evliliyə təşviq edən ölkələr, evliliyin və ailə qurmanın əhəmiyyətini vurğulayan, eyni zamanda cütlüklərə və uşaqlı ailələrə müxtəlif maliyyə və sosial dəstəklər təqdim edən siyasətlər tətbiq edirlər. Bu təşviqlər, gənclərin ailə qurma qərarını asanlaşdırmağa və əhali artımını təmin etməyə yönəlib.  Azərbaycanda da oxşar sosial və iqtisadi tədbirlərin görülməsi əhəmiyyətli olardı

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Qusarda dağlıq ərazidə yanğın başladı

Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.   Fövqəladə Hallar Nazirliyindən (FHN) Sfera.az –a verilən ...

Kainat 4 BÜRCƏ bəxt qapılarını açır - Martın sonu...

Mart ayının son günləri astroloji baxımdan bir çox bürc üçün yeni imkanlar, gözlənilməz fürsətlər və uğurlar vəd edir. Xüsusilə sevgi, maliyyə və ümumi şan...

Dünya iqlimini tənzimləyən axın zəifləyir – Qida mənbələri risk altındadır

Dünyanın ən güclü okean axını olan Antarktik Dairəvi Axını yavaşlamağa başlayıb. Alimlər bu prosesin 2050-ci ilə qədər 20% zəifləyəcəyini bildiriblər.  ...

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 12,8% artaraq 1 063 mana...

Direktor vəzifədən azad edildi - Dövlət vəsaitini mənimsəyib

Dövlət vəsaitinin mənimsənilməsinə görə direktor vəzifəsindən azad edilib.   Bu barədə Sfera.az-a Məktəbəqdər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (...

Çin, Rusiya və İrandan ortaq bəyanat: "Sanksiyalar ləğv edilsin"

Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün s...