Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: “Yaxın zamanda BAŞLANILACAQ”

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: “Yaxın zamanda BAŞLANILACAQ”

Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin oktyabr ayından etibarən cari ilin mart ayınadək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının sahibi olan 58.024 ailəyə dövlət vəsaiti hesabına çıxarış verilib, 384.760 dövlət aktı isə çıxarışla əvəz edilib.
 

Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsinə, həmçinin vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaratmaqdır.


Əmlak Məsələləri Dövlət Xidmətinin bu addımı nə qədər təqdirəlayiq olsa da, sənədsiz evlərlə bağlı problem hələ də problem olaraq qalmaqdadır.  

“Yaxın zamanda başlanılacaq...”
 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Razi Nurullayev deyib ki, sənədsiz evlər məsələsini birdəfəlik həll etmək mümkündür:


“Hal-hazırda Azərbaycanda 550 mindən artıq sənədsiz ev var. Bu qədər evin 300-350 mininin bu və ya digər şəkildə ilkin sənədi var və onlara Dövlət Reyestrindən çıxarış alınması üçün elə bir səbəb yoxdur. Sadəcə, bu sahədəki təşəbbüslər dəstəklənməlidir. Bunun hesabına da sosial problemi həll etmək olar. Nəticədə, həm dövlət, həm vətəndaş, həm də cəmiyyətdəki digər iştirakçılar qazanar.


300 min evə sənəd verilərkən alınan dövlət rüsumu milyonlara bərabərdir. Burda bankların, sığortanın və digər bazar oyunçularının da qazancı böyükdür. Hesab edirəm ki, yaxın zamanlarda bu məsələyə başlanılacaq. Çünki, bu məsələ artıq ciddi problemə çevrilib və dövlətə əlavə yük yaradır. Ona görə də dövləti əlavə yükdən və vətəndaşları müəyyən qayğılardan azad etmək üçün Əmlak Məsələləri Dövlət Xidməti yuxarıda qeyd edilən layihə kimi bunu da icra edə bilər”.

 

“Onlara başqa ərazilərdə torpaq təklif edilsin”
 

Millət vəkili hesab edir ki, ilkin sənədi olmayan, kommunikasiya xətlərinin üstündə və elektrik xətlərinin altında tikilmiş evlərin də problemini həll etmək mümkündür:


“Bu gün ölkənin elektron xəritəsi var və bu xəritə hesabına bilmək olur ki, hansı ərazilərdə qanunsuz zəbtolmalar var. Qanunsuz şəkildə riskli ərazilərdə tikilən evlərə çıxarış verilməsə də onları müvəqqəti qeydiyyata almaq olar. Çünki belə evlərdə yaşayan insanlar 30-40 ildir ki, qeydiyyatsızdır. Bu da əlavə problem yaradır. Yaxşı olar ki, riskli zonalarda tikilən evlər dövlət tərəfindən satın alınsın və yaxud onlara başqa ərazilərdə torpaq təklif edilsin”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 12,8% artaraq 1 063 mana...

Direktor vəzifədən azad edildi - Dövlət vəsaitini mənimsəyib

Dövlət vəsaitinin mənimsənilməsinə görə direktor vəzifəsindən azad edilib.   Bu barədə Sfera.az-a Məktəbəqdər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (...

Çin, Rusiya və İrandan ortaq bəyanat: "Sanksiyalar ləğv edilsin"

Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün s...

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...