"Anar müasir Azərbaycan ədəbiyyatının canlı korifeyidir" – Millət vəkili

"Anar müasir Azərbaycan ədəbiyyatının canlı korifeyidir" – Millət vəkili

Müasir Azərbaycan ədəbiyyatının canlı korifeyi, əsərləri ilə böyüdüyümüz və yaratdığı obrazların örnəyi ilə həyatı dərk etdiyimiz görkəmli və sevimli yazıçımız Anarın 87 yaşı tamam olur. Uzun illər ərzində xalqın böyük bir kəsiminin həyata baxışlarının formalaşmasında mühüm rol oynamış Anar bu gün də öz məsləkdaşlarının müəllimi və hamisi qismində öz fəaliyyətini uğurla davam etdirir, gördüyü işlərlə, yüksək vətəndaşlıq mövqeyi ilə ictimai şüurun inkişafında əhəmiyyətli xidmətlər göstərir.

 

Geniş fəaliyyətlərində və uğurlu yaradıcılığında atası Rəsul Rzanın vətənpərvərliyini və milli ruhunu, anası Nigar xanımın romantikasını və qayğıkeşliyini yaşadan böyük yazarımız özündən sonra gələn nəsillər üçün böyük bir ədəbi məktəbdir.

 

Hörmətli Anar müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıram!

 

Cavanşir Feyziyev, Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 12,8% artaraq 1 063 mana...

Direktor vəzifədən azad edildi - Dövlət vəsaitini mənimsəyib

Dövlət vəsaitinin mənimsənilməsinə görə direktor vəzifəsindən azad edilib.   Bu barədə Sfera.az-a Məktəbəqdər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (...

Çin, Rusiya və İrandan ortaq bəyanat: "Sanksiyalar ləğv edilsin"

Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün s...

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...