"Xəstəxana tikilir, amma istifadəyə verilmir" - Deputatdan ETİRAZ

"Gəncədə hazır xəstəxana istifadəyə verilmir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev deyib.
Millət vəkilinin sözlərinə görə, Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində girişdə böyük xəstəxana kompleksi tikilib və lazımi tibbi avadanlıqlarla təchiz edilib, lakin hələ də həmin müəssisə istifadəyə verilməyib.
“Onsuz da Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssisələrdə sıxlıqdır. Çünki tək Gəncə deyil, Qərb regionunda yaşayan vətəndaşlarımız da bu xəstəxanaların xidmətlərdən istifadə edirlər. Qeyd etdiyim tibbi kompleksi istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik. Bu məsələnin araşdırılması, dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkildə reallaşmasına dəstək olmanızı xahiş edirəm”,-N.Həmzəyev qeyd edib.
Firuzə Əliyeva