Korrupsiya ilə bağlı ƏMƏLİYYATLAR – 43 nəfər cinayət başında YAXALANDI

Korrupsiya ilə bağlı ƏMƏLİYYATLAR – 43 nəfər cinayət başında YAXALANDI

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında yaxalanıb, habelə axtarışda olan 8 nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

 

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 290 şəxs barəsində 203 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 226 şəxs barəsində 158 cinayət baxılması üçün məhkəmələrə göndərilib:


“Məhkəmələrə göndərilmiş 226 şəxs barəsində 158 cinayət işindən 40 barəsində 29 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 55 şəxs barəsində 40 isə qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 16 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 21 şəxs barəsində 15 rüşvət alma (passiv rüşvətxorluq), 21 şəxs barəsində 15 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, 21 şəxs barəsində 14 iş cinayət yolu ilə əldə edilmiş əmlak leqallaşdırma, 11 şəxs barəsində 10 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, habelə qalanları digər faktlarla əlaqədar olub”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 12,8% artaraq 1 063 mana...

Direktor vəzifədən azad edildi - Dövlət vəsaitini mənimsəyib

Dövlət vəsaitinin mənimsənilməsinə görə direktor vəzifəsindən azad edilib.   Bu barədə Sfera.az-a Məktəbəqdər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (...

Çin, Rusiya və İrandan ortaq bəyanat: "Sanksiyalar ləğv edilsin"

Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün s...

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...