Ağstafada 10 nəfər bu restoranda dönərdən ZƏHƏRLƏNİB – TƏFƏRRÜAT

Ağstafada 10 nəfər bu restoranda dönərdən ZƏHƏRLƏNİB – TƏFƏRRÜAT

Xəbər verildiyi kimi Ağstafada üçü uşaq olmaqla 10 nəfər qidadan zəhərlənib. Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.
 

Sfera.az Bizim.Media.az-a istinadən xəbər verir ki, araşdırmamıza görə qida zəhərlənməsi şəhərin mərkəzində, xəstəxananın yaxınlığında yerləşən "Dönər kabab" ailəvi restoranda baş verib.
 

 M.T.Məmmədov adına Ağstafa rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Ağstafada dönərdən zəhərlənən 10 nəfərə ilkin tibbi yardım göstərilib və müalicələrini ambulator davam etdirmək üçün evlərinə buraxılıblar.

 

Şahidlərin sözlərinə görə 17: 05-dən 21:00- a kimi müxtəlif vaxtlarda restorana gələn və yemək yeyən müştərilər özlərini piss hiss etdiklərindən xəstəxanaya müraciət etməli olublar. Müştərilərin əksəriyyəti dönər yediklərini, bəziləri isə başqa yemək yediklərini bildiriblər. 
 

Zəhərlənmə baş verən restoranla əlaqə yaratmaq mümkün olmayıb. 

 

Faktla bağlı Ağstafa rayon prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin reginal bölməsinin əməkdaşarı araşdırmalar aparıb.


Həmçinin zəhərlənmə baş verən restoranda müxtəlif qida məhsullarından nümunələr götürüblər. 


10 nəfərin hansı qidadan zəhərləndikləri isə onların apardıqları araşdırmalar nəticəsində müəyyən olunacaq.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...