Nabat Mirzəyevaya yüksək vəzifə verildi

Nabat Mirzəyevaya yüksək vəzifə verildi

“Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə ailə, qadın və uşaqlara sosial-psixoloji dəstək, qadın hüquqlarının və gender bərabərliyinin təşviqi üzrə təlimçi-ekspert kimi tanınan Nabat Mirzəyeva birliyin icraçı direktoru təyin edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, birliyin fəaliyyətinin təkmilləşdirilməsi, fandreyzinq (maliyyə axtarışı) imkanlarının artırılması, ictimai əhəmiyyətli layihələrin uğurla həyata keçirilməsi, media və ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi, müxtəlif aktual mövzularda maarifləndirmə tədbirlərinin təşkili, sosial-psixoloji, pedaqoji, hüquqi və digər xidmətlərin göstərilməsi sahəsində zəruri addımların atılması icraçı direktora tapşırılıb.

 

Əsas məqsədi qadınlar arasında mədəni, elmi, və işgüzar əlaqələrin möhkəmləndirilməsinə, onların ictimai həyatda rolunun artırılmasına kömək etməkdən ibarət olan birlik 27.01.2009-cu il tarixində təsis edilib və 23.04.2009-cu il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

 

Uzun illərdir könüllü olaraq birliyin fəaliyyətinə dəyərli töhfələr verən Nabat Mirzəyevanı bu təyinat münasibətilə səmimi qəlbdən təbrik edir və ona gələcək işlərində yeni uğurlar arzulayırıq.


OXŞAR XƏBƏRLƏR

Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar GÖNDƏRDİ

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlam...

Güləşçilərimizdən tarixi NƏTİCƏ

Albaniyanın Tirana şəhərində keçirilən 23 yaşadək qadın güləşçilərin Avropa çempionatı başa çatıb.   Sfera.az xəbər verir ki, Azərbaycan pəhləva...

Tanıınmış rəqqasənin səhhəti ağırlaşdı, aparata qoşuldu - FOTOLAR

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan tanınmış rəqqasə Tanyelinin səhhəti ağırlaşıb.   Sfera.az türk mediasına istinadla xəbər ve...

Samux sakini faciəvi şəkildə öldü

Samux sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində q...

“Kontakt”da Novruz sevinci – NAĞD ALIŞA 50%-DƏK ENDİRİM

Novruz gəlir, bu o deməkdir ki, baharın oyanışı ilə hər şey yenilənir: təbiət, insanın arzuları, və… əlbəttə ki, qiymətlər! Bu bahar “Kontakt&rdquo...

4 bürc bu il evlənə bilməyəcək

2025-ci il, bir çox insanlar üçün yeni başlanğıcların və dəyişikliklərin ili olaraq qəbul edilir. Lakin astroloqların verdiyi məlumata görə, bəzi bürclər üçün b...