Logo

Yeni Günəşlidə ağır QƏZA: Ölən var - FOTO

Yeni Günəşlidə ağır QƏZA: Ölən var - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

"Hadisə martın 12-də saat 22:39-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsində qeydə alınıb. "Reanault Meqan" markalı, 77-EL-135 dövlət nömrə nişanlı avtomobillə "Toyota Aqua" markalı, 77-UP-712 dövlət nömrə nişanlı maşın toqquşub.

Hadisə nəticədə bir nəfər - Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Sevinc Abdulla qızı Abdullazadə həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.

Məqaləyə dair fotomateriallar:

  • Yeni Günəşlidə ağır QƏZA: Ölən var - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR