Sabah Ay tutulması olacaq

Sabah Ay tutulması olacaq

Mart ayının 14-də cari ilin ilk Ay tutulması baş verəcək.

 

Sfera.az xəbər verir ki. bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

 

Məlumata görə, bu tutulma tam Ay tutulması olacaq.

 

Tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.

 

Bildirilib ki, Ay tutulmasının baş vermə səbəbi Yerin orbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 50 fərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir. Bu zaman Ay tutulması baş verir. Ay tutulmasının müddəti Günəş tutulmasından uzun olur. Çünki Yerin kölgəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulmasının üç növü var: Tam, qismən və yarımkölgəli Ay tutulması. Tam Ay tutulması zamanı Ay tamamilə Yerin kölgəsinə keçir. Qismən Ay tutulması zamanı Yerin kölgəsi Ayın diskini bütövlükdə örtmür. Yarımkölgəli Ay tutulması zamanı isə Ayın diski sadəcə Yerin yarımkölgəsinə keçə bilir, yəni onun zəif xarici kölgə hissəsindən keçir. Ay azacıq tündləşir ki, bunu da fərq etmək çətin olur.

 

Tam Ay tutulması zamanı Günəş işığının bir hissəsi Yer atmosferindən keçərək sınır və Ayın səthinə çatır. Atmosferdəki hava molekulları və toz hissəcikləri qısa dalğa uzunluğuna malik olan mavi və bənövşəyi işığı daha çox səpir, uzun dalğalı qırmızı və narıncı işıq isə atmosferdən keçərək Ayın səthinə düşür. Nəticədə, Ay qırmızımtıl və ya mis rəngində görünür.

 

Qeyd edilib ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünməyəcək.

 

Firuzə Əliyeva
 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişa...

Avro ucuzlaşdı, bu valyuta isə bahalaşdı - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il aprelin 30-da ABŞ dollarının məzənnəsi ...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.   Sfera.az xəbər verir ki, Muğla şəhərində 3,7 bal gücündə zəlzələ olub, Kütahyada silkələnib.   Kandill...