Ağdamın bu kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirildi

Cəmiyyət
22:48 / 12.03.2025
4560
Ağdamın işğaldan azad edilmiş ərazilərində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirilib.
Sfera.az xəbər verir ki, Ağdam rayon Sarıcalı kəndinin dünyasını dəyişmiş sakini Arif İsrafil oğlu Cəfərov rayonun işğaldan azad edilmiş Sarıcalı kəndində dəfn edilib.
Qeyd edək ki, Sarıcalı kəndi yenidən qurulan kəndlərdən biridir. Mərhumun ailəsi yaxın zamanlarda sözügedən kəndə köç edəcək. (APA)