Xidmət rəisinə hökm oxundu

Xidmət rəisinə hökm oxundu

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, o, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

 

Ötən ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

E.Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.


OXŞAR XƏBƏRLƏR

İftarını su ilə açsa da, yeməyini yemədən həlak olub - Məktəblinin ölümünün TƏFƏRRÜATI

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai ...

Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kurska getdi

Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinə səfər edib   Bu barədə Sfera.az-a “TASS”a istinadən xəbər verir.   Qeyd...

Kartofun qiymətindəki dəyişikliyə rəsmi münasibət

Son günlər bazarlarda kartofun qiymətində dəyişiklik müşahidə olunur. Belə ki, hazırda piştaxtalarda təklif olunan kartofun bir kiloqramının qiyməti 1.50-2 mana...

Trampın xüsusi nümayəndəsi bu tarixdə Moskvaya gedir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bunu Ağ Evin mətbua...

Güclü zəlzələlər gözlənilir - Seysmoloqdan XƏBƏRDARLIQ

İraqın Ərbil şəhərinə bağlı Mergasur rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyənin Hakkari, Bitlis, eləcə də Şırnağın Uludere və C...

Tarkan Bakı konsertindən nə qədər qazanacaq?

Türkiyəli müğənni Tarkan Ramazan bayramında Bakıda konsert verəcək.   Sfera.az-ın məlumatına görə, o, Bakıdakı konsertindən 54 milyon lirə (təxm...