ADY-dən dumanlı hava ilə bağlı müraciət

Cəmiyyət
18:54 / 12.03.2025
10320
“Azərbaycan Dəmir Yolları” QSC dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Sfera.az xəbər verir ki, müraciətdə deyilir ki, son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yollarının və dəmiryol keçidlərinin ətrafında görmə bucağı və məsafəsinin azalması müşahidə olunur.
"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin. Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik”, - məlumatda qeyd edilib.